Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 08:45

ABŞ: "Rusiyanın Ukraynaya qoşun yeritməsi "ağır səhv" olardı"

Ukrayna prezidentinin ölkənin şərqindəki Xarkov şəhərinə getdiyi barədə xəbərlər var. Xarkov Yanukovych-in tərəfdarlarının ən çox olduğu şəhərdir. Ölkə parlamenti və Daxili İşlər Nazirliyinə müxalifətçilər rəhbərlik edirlər.

Fevralın 22-də gecə Ukrayna prezidenti Viktor Yanukovych paytaxt Kiyevi tərk edib. O, Xarkov şəhərindədir.

Kiyevdə şəhərə nəzarət tam müxalifətçilərin əlinə keçib. Parlamentə və Daxili İşlər Nazirliyinə artıq müxalifətçilər rəhbərlik edirlər.

Son bir neçə gündə Kiyevdə müxalifət fəalları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalarda müxtəlif mənbələrin məlumatına görə 70-lə 100 nəfər arasında adam həlak olub, 500 nəfər yaxın da yaralı var.

3 ay əvvəl Ukraynanın Avropa Birliyi ilə daha sıx inteqrasiyasını tələb müxalifətin başladığı etiraz aksiyasının prezidentin paytaxtı tərk etməsi ilə nəticələnən son günlərinin tarixçəsini AzadliqRadiosunun canlı blokunda izlə.
23:19 19.2.2014
19 fevral 2014. Ukrayna prezidenti xalqa müraciət edir.
19 fevral 2014. Ukrayna prezidenti xalqa müraciət edir.

Ukrayna prezidenti Silahlı qüvvələrin rəhbərliyində dəyişiklik apardı. Eskepertlər yeni komandanı hər bir əmri yerinə yetirəcək bi şəxs kimi qələmə verirlər. Müxalifət bunu ölkədə FV elan etmək cəhdi kimi qiymətləndiri. Ətraflı burada oxu
22:24 19.2.2014
AVROMAYDANA "QUŞ UÇUŞUI" MƏSAFƏSİNDƏN BAXANDA

Fevralın 19-da tərəflərin mövqeyinə "Quş baxışı" məsafəsindən nəzər yetirin. Videodan görünür ki, Avromaydan ətrafındakı bəzi yerlərdə Berkut etirazçıların az qala başı üstündədir. Fevralın 19-da onların bütün səylərinə baxmayaraq Avromaydanı tam ələ keçirə bilmədilər.

21:13 19.2.2014

Davamı

XS
SM
MD
LG