Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:47

Ukraynada Krım gərginliyi (27 fevral xronologiyası)


Hörmətli AzadliqRadiosu oxucuları, bu canlı bloqda fevralın 27-də Ukraynada və Krımda baş verən əsas hadisələrin xronologiyası öz əksini tapır. Ən sonuncu postlar bloqun yuxarı hissəsindədir, onun sonundakı "davamı" düyməsi ilə blqou "səhifələyərək" günün əvvəlində dərc olunan xəbərlərlə tanış olmaq mümkündür. Fevralın 28-də, ehtiyac olarsa, yeni canlı bloq yaradılacaq. Azadlıqda qalın


13:52 27.2.2014

Silahlı şəxlər Krım parlamentini zəbt edib

Yerləşdirilib: 27.02.2014

Leonid adlı şəxs hadisənin şahidi olub. Bildirir ki, yerli vaxtla saat 4.30-da avtomat və pulemyotlarla silahlanmış 50-yə yaxın adam binaya daxil olaraq, mühafizəçiləri binadan qovub, parlament üzərində Rusiya bayrağı qaldırıb və bildiriblər ki, xalq özü qərar verməlidir.​

13:27 27.2.2014
Simferepol yolunda Rusiya hərbi hissələri müşahidə olunub. Bu hissələrin Sevastopoldakı (Krım yarımadası) Rusiyanın hərbi bazasına məxsus olduğu ehtimal edilir.

13:05 27.2.2014
18:58 26.2.2014

KRIMDA UKRAYNA-RUS DAVASI

- Ukraynada rus separatizmi
- ABŞ: "Seçim Qərb ilə Rusiya arsında deyil"
- Rusiya: "ATƏT Ukraynada faşizmi dayandırmalıdır"
- Krım rəsmi binalarında rus bayraqları

Krımdan və Ukrayndan ətraflı reportaj

Davamı

XS
SM
MD
LG