Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 23:30

Leyla Yunus: «Butulka sözünü işlətdilər» - [Video]

Hüquq müdafiəçisi prokurorluq əməkdaşları tərəfindən təhdid olunduğunu deyir

Sülh və Demokratiya İnstitunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Onlar bir neçə Qərb ölkəsinin Bakıdakı diplomatı ilə birlikdə beynəlxalq tədbirdə iştirak etmək üçün Brüsselə gedərkən saxlanıb, üstlərində, ofislərində və evlərində axtarış aparılıb.

Onların saxlanması ilə bağlı ilk xəbərləri burdan izlə


AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir.
Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
02:44 30.4.2014
Hüquq-mühafizə orqanları Leyla Yunusun evindən və ofisindən nələri götürdülər?
Leyla Yunusun ofisində və mənzilindəki axtarışın nəticələri
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00
01:20 30.4.2014
Aprelin 29-da axşam hüquq mühafizə orqanlarının əməkdaşları axtarışı başa çatdıraraq Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun mənzilini tərk ediblər.

Leyla Yunusun vəkili Bağırov Turan-ın müxbiri ilə söhbətində deyib ki, L.Yunus şahid qismində istintaqa cəlb edilib və təbii ki, ondan ölkəni tərk etməmək barədə iltizam alınmayıb. Amma onun xarici pasportu qanunsuz olaraq alınıb və sənədin qaytarılması üçün çalışacaqlar.
23:03 29.4.2014
Baş Prokurorluq hüquq müdafiəçisi Leyla Yunus və Arif Yunusun saxlanılması ilə bağlı rəsmi məlumat yayıb.

Məlumatda bildirlir ki, inzibati orqanlar Leyla və Arif Yunusovları şahid qismində dindirmək istəyiblər. Lakin onlar istintaqa ifadə verməkdən yayınmağa çalışıblar. Aprelin 28-də xarici ölkə səfirliklərinin köməyi ilə Bakını tərk etmək istəyərkən hava limanında saxlanılıblar. Məlumatda Yunusovlar haqda bankda külli miqdarda pul, xaricdə mülk və sair kimi ittihamlar səslənir. Məlumat haqda ətraflı burada oxu

Davamı

XS
SM
MD
LG