Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:54

Soma mədən faciəsi (xəbər, foto, video)

Kömür mədənində qəzada 282 nəfər həlak olub. 120 fəhlənin xilasına artıq ümid qalmayıb. Türkiyənin ən böyük həmkarlar ittifaqı mayın 15-də ölkə ərazisində tətil elan edib

- Mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və ardınca yanğın yüzlərlə adamın ölümü ilə nəticələnib.

- Qəza məqamında mədəndə 700-dən artıq fəhlə olub. Onların 200-dən çoxunun öldüyü təsdiq edilir. Digərlərinin taleyi məlum deyil. Xilasetmə işləri aparılır

- Faciə ilə bağlı Türkiyə rəsmilərinin ünvanına ciddi ittihamlar səslənir.

AzadlıqRadiosu Soma faciəsini yaxında izləyərək bu CanlıBloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllıqla yerləşdirildiyindən ən son xəbərlər və şərhlər bloqun əvvəlindədir. Onun sonunda "davamı" düyməsini sıxmaqla bloqu vərəqləmək olar
23:01 14.5.2014

Somaya səfər edən Baş nazir Erdogan yerli sakinlərdən bəzilərinin kədərini qəzəbə çevirdi (ətraflı burada oxu). Türkiyə mediasında iddialar yayılır ki, faciədən əvvəl Soma şaxtalarında təhlükəsizlik məsələləri gündəmə gəlsə də hökumət partlayış təhlükəsini diqqətə çəkən xəbərdarlıqlara göz yumub. Tiwtterdə yayılan fotoların birində Erdogana hücum edən gənci polis zərərsizləşdirsə də baş nazirin köməkçisi onu təpikləyir.
01:43 15.5.2014
Ankarada polis etirazçılara qarşı su şırnaqlarından istifadə edib.

1000-ə yaxın şəxs şəhərin küçələrinə çıxaraq Soma şəhərində mədəndə baş vermiş qəzanın önlənmədiyi üçün hökuməti ittiham ediblər.

Ölkə müxalifəti deyir ki, mədənlərdə təftiş aparılması üçün hökumətə müraciət etsə də, tədbir görülməyib.

Bundan əvvəl Somada da etirazlar ba. qaldırıb.
02:03 15.5.2014
Ermənistan prezidenti Serzh Sarkisian Türkiyə prezidenti Abdullah Gülə teleqram göndərib.

Sarkisian Somadakı şaxtada baş vermiş faciəyə görə Gülə və türk xalqına "dərin hüznlə başsağlığı verdiyini" bildirib.

Ölənlərin yaxınlarına möhkəm olmağı, yaralılara tezliklə sağalmağı arzulayıb.

Davamı

XS
SM
MD
LG