Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 14:54

Ukrayna böhranı (2-4 iyun xronikası)

Luqansk və Donetsk vilayətlərinə Rusiyadan daxil olan hərbi yardımın qarşısını almağa can ata Ukrayna hakiiyyətinin bunu necə həyata keçirəcəyi açıqlanmır

- Ukrayna prezidentinin səlahiyyətlərini yerinə yetirən Turchynov vəzifəsinin sonuncu günü ölkə şərqində hərbi vəziyyət elan etmək təklifini səsləndirib.

- Luqanskda 2 günlük döyüşdən sonra Ukrayna sərhədçiləri mövqelərini separatçılara təhvil veriblər

- Avropa səfərində olan Barack Obama Ukraynaya yardım vəd edib, NATO rəhbəri də Ukrayna ordusunun yenidən qurulmasında ölkəyə kömək olunacağını bildirib.

Ukrayna xəbərləri Canlı Bloq-da daim yeniləndiyindən sonuncu məlumat mətnin əvvəlindədir. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

16:49 4.6.2014
20 SAATLIQ DÖYÜŞDƏN SONRA TƏSLİM OLDULAR
Sərhədçilərin tərk etdiyi hərbi hissə
Sərhədçilərin tərk etdiyi hərbi hissə

Luqansk yaxınlığında Ukrayna sərhəd zastavası Rusiyameylli yaraqlıalrın nəzarətinə keçib. Sərhəd mühafizə xidməti bəyan edir ki, təhlükəsizlik məqsədi ilə sərhədçilər başqa hərbi hissəyə köçürülüb. Separatçılar bildirilər ki, sursatı tükənən srəhədçillərə humanitar dəhliz açılıb. İyunun 2-də və 3-də bu hərbi hissə onlarla silahlı tərəfindən hücuma məruz qalmışdı. Ağır döyüşlərdə separatçılar hərbi hissəni ətrafdakı çoxmərtəbəli yaşayış binalarından qumbaratanla, avtomat və pulemyotlarla atəşə tutur, molotov kokteylləri atırdılar. Bu döyüşlərdə 5 yaraqlının öldürüldüyü xəbər verilirdi.
19:10 4.6.2014

2 UKRAYNA VERTOLYOTU ZƏDƏLƏNİB

Iyunun 4-nə keçən gecə Luqansk şəhərinin mərkəzindəki hərbi hissə separatçıların hücumuna məruz qalıb. Səhərə yaxın hərbi hissənin ələ keçirildiyi bildirlir.
Iyunun 4-nə keçən gecə Luqansk şəhərinin mərkəzindəki hərbi hissə separatçıların hücumuna məruz qalıb. Səhərə yaxın hərbi hissənin ələ keçirildiyi bildirlir.


Antiterror əməliyyatlarının sonuncu mərhələsini elan edədən sonra Ukrayna silahlı qüvvələrinin hansısa nəticə əldə etməsi haqda məlumat yoxdur. Bütün güclərini Slavyansk üzərində cəmləyən Ukrayna hərbçiləri separatçıların mövqelərini ələ keçirəndən sonra oranı tərk ediblər – rəsmi izahat sursat tükənib. Nəzərə alsaq ki, söhbətin mühasirədə olan nizamsız qruplaşmaların nizami orduya qarşı mübarizəsindən gedirsə, hər şey əksinə olmalı idi.

Separatçılar Slavyasnk yaxınlığında daha 2 Ukrayna vertolyotunun vurulduğu haqda xəbər yayıblar. Ukrayna tərəfi xəbəri təsdiq etsə də, bildirir ki, vertolyotlar zədələnsələr də yerə düşməyiblər.
Ukrayna ekspertləri vəziyyəti Rusiya ilə Ukrayna sərhəddinin açıq olması ilə izah edirlər. Xüsusilə Luqansk vilayətində hökumət qoşunlarının fəaliyyəti mümkünsüz olub. Burada mövcud sonuncu sərhəd zastavaları məhv edilmək üzrədir – sosial mediada Luqansk vilayətinin Sverdlovsk şəhərindəki Ukrayna sərhədçilərinə hücum olub. İddia olunur ki, bura 30 KamAZ maşınında canlı qüvvə və BTR-lər cəmləşdirlib.
21:39 4.6.2014

BÜGÜNKÜ UKRAYNA LİDERİ CƏBHƏDƏ, SABAHKI İSƏ PUTİNİN YANINDA

Ukrayna parlamentinin sədri Aleksander Turchynov iyunun 3-də ölkənin şərqində Fövqəladə vəziyyət elan edilməsi təşəbbüsünü irəli sürüb. Bu gün o cəbhə bölgəsindədir. Formal olaraq hələ silahlı qüvvələrin ali baş komandanıdır. Bir neçə gündən sonra isə fevraldan bəri müvəqqəti icra etdiyi vəzifəsini yeni seçilmiş prezident Petro Poroshenkoya təhvil verir. Poroshenko bu günlərdə Fransada qeyd olunan D-gününün (SSRİ müttəfiqlərinin Normandiyaya desant çıxarması) 70 illiyi mərasimində iştirak edir. Hami Poroshenko-nun Rusiya prezidenti Putinin də iştirak edəcəyi bu mərasimdə onunla görüşəcəiyini gözləyirdi. Lakin məlumat yayıldı ki, belə bir görüş olmayacaq. Ümumiyyətlə Putinin bu mərasimdəki iştirakı çoxlu ziddiyyətlər yaradır. 70 il əvvəl faşizmə qarşı birgə vuruşan dövlətlər indi bir-birini elə "faşistsayağı" hərəkətlərdə ittiham edilər. Rusiya hesab edir ki, Kiyevdə hakimiyyətə gələn siyasi qüvvələr vaxtilə almanların tərəfində sovetlərə qarşı döyüşən "benderovçuların ardıcıllarıdır". Qərb dövlətlərində isə Krımı ilhaq edən, Ukrayna sərhədlərinə qoşun toplayan Rusiya ilə vaxtı ilə Avropada hegemonluq iddiasına düşən faşıst Almaniyası arasında bənzərlik görürlər. Bu tədbirin ən böyük suallarından biri də təntənəli mərasimdə Putinin mövqeyidir. Qərb liderlərindən heç kim onun yaynında duraraq qəzetlərin birinci səhifəsinə düşmək istəmir. Putinin Rusiyada və dünyadakı reytinqləri tamailə tərs mütənasibdir, Rusiyada populyarlığı artıqca Avropa ölkələrində gözdən düşür.

Davamı

XS
SM
MD
LG