Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 14:31

Parisdə bitən ömür… [Audio]


Toğrul Nərimanbəyov
Toğrul Nərimanbəyov
-
İyunun 2-də şöhrətli Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun ölümündən 1 il ötdü.

Toğrul Nərimanbəyovun xatirəsi Fransanın paytaxtı Parisdə yad edildi.

Ünlü rəssam ölümündən bir ay bir gün ötəndən sonra Parisin XIX əsrdən əsası qoyulmuş Passi məzarlığında torpağa tapşırılmışdı.

Həyat yoldaşının rəssamı Parisdə, qızınınsa Bakıda torpağa tapşırmaq istəyi sonda məhkəmə ilə nəticələnmişdi.

Paris məhkəməsi rəssamın bu şəhərdə dəfn olunmasına qərar vermişdi.

Rəssamın qızı Əsmər Nərimanbəyovanın apellyasiya şikayəti təmin olunmamışdı...

Toğrul Nərimanbəyov 1930-cu ildə Bakıda doğulub. Onun atası Fərman Nərimanbəyov Azərbaycan Cümhuriyyətinin xaricə göndərdiyi 100 tələbədən biri olub.

Tuluzda mühəndislik oxuyan Fərman bir fransız qıza aşiq olub və onunla evlənir.

Sovet işğalına baxmayaraq, vətənə – Bakıya dönən Fərmanın həyatına sovetlər amansız fərman verir...

İrma xanımın başına inanılmaz əhvalatlar gəlir...

Balaca Toğrul anası ilə birgə həbsxanada yaşamalı olur...

Nar rəsmini Azərbaycanın vizit vərəqinə çevirmiş ustad rəssamın ilginc həyat tarixçəsinə köklənin.

Onu dostlarının dilindən tanıyın.

AzadlıqRadiosunun «İz» proqramının «Sadəcə Toğrul» dastanına qulaq kəsilin.
İz - Parisdə bitən ömür…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid
XS
SM
MD
LG