Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 12:50

Azıx mağarasını tapan arxeoloqun şərəfinə fotosərgi açılıb


Fotosərgi iyulun 23-dək davam edəcək.
Fotosərgi iyulun 23-dək davam edəcək.
-
İyunun 23-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində arxeoloq, paleontologiya elminin inkişafında böyük xidmətləri olan Məmmədəli Hüseynovun xatirəsinə həsr olunmuş fotosərgi açılıb.

Muzeyin yaydığı xəbərə görə, Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya 1968-ci il iyunun 23-də Qarabağda, Azıx mağarasında dünya paleontologiya tarixində çevrilişə səbəb olmuş kəşf edib – Azərbaycan arxeoloqu Məmmədəli Hüseynovun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası ibtidai insana məxsus çənə aşkar edib. Tədqiqat zamanı çənənin ibtidai insana məxsus olması müəyyən edilib və tapıntıya «Azıxantrop tipli ibtidai insan» adı verilib.

Xəbərdə deyilir ki, Azıx mağarasından ibtidai insan qalıqlarının aşkara çıxarılmasının 46-cı ildönümü münasibətilə açılmış fotosərgidə arxeoloqun həyat və fəaliyyətini əks etdirən nadir fotoşəkillər nümayiş etdirilir.

Tədbirdə Muzeyin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Azad Zeynalov, Mansur Mansurov, Azıx mağarası haqqında sənədli film çəkmiş kinorejissor Musa Bağırov arxeoloq Məmmədəli Hüseynovun həyat və fəaliyyəti barədə danışıblar.

Məmmədəli Hüseynov 1922-ci il aprelin 3-də Qazax rayonunun Mollacəfərli kəndində doğulub.

1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və Azərbaycan Tarix Muzeyində işə başlayıb.

1960-cı ildə Tbilisidə «Aveydağ paleolit düşərgələri» mövzusunda namizədlik dissertasiyası müdafiə edən M.Hüseynovun növbəti tədqiqat obyekti Qarabağ abidələri olub.

6 kitab, 100-dən artıq elmi məqalənin müəllifi olan Məmmədəli Hüseynov tarix elmləri doktoru (1985), professor (1987) adına layiq görülüb.

M.Hüseynovun tədqiqat və araşdırmaları Azərbaycanda paleontologiya elminin əsasını qoyub.

Fotosərgi iyulun 23-dək davam edəcək.
XS
SM
MD
LG