Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 10:41

Fransa İraqdan qaçan xristianları qəbul etməyə hazırdır


Fransa bildirib ki, İraqın şimalında olan xristianları qəbul etməyə hazırdır. İslamçı ekstremistlər həmin xristianlara təklif ediblər ya islamı qəbul etsinlər ya din vergisi versinlər ya da ölümü seçsinlər.

Fransanın daxili işlər və xarici işlər nazirlikləri birgə bəyanatda bildirirlər ki, əgər bu xristianlar istəsələr, Fransa onlara sığınacaq verməyə hazırdır.

Fransa hökuməti hazırda İraqda İslam dövləti yaradanlardan qaçıb İraq Kürdüstanına gedənlərə yardım edir.

İslam Dövləti yaraqlıları Mosul şəhərini tutandan sonra yüzlərlə xristian ailəsi Mosulu tərk edib.

XS
SM
MD
LG