Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:41

İsveçli müğənni Loreen Rəsul Cəfərovun həbsindən yazır


Rəsul Cəfərov və Loreen
Rəsul Cəfərov və Loreen

-

İsveçli müğənni, «Eurovision-2012» mahnı yarışmasının qalibi Loreen Twitter hesabında ictimai fəal Rəsul Cəfərovun həbsindən yazıb.

«Dostum, hüquq müdafiəçisi Rəsul Cəfərov Azərbaycan hakimiyyəti tərəfindən həbs olunub», yazan Loren Rəsul Cəfərovla birgə çəkdirdiyi şəkli də paylaşıb.

Rəsul Cəfərovla Loreen-in tanışlığı 2012-ci ildə «Eurovision» mahnı yarışmasına ev sahibliyi edən Bakıda baş tutub. Həmin vaxt Rəsul Cəfərov keçirdiyi «Sing for Democracy» kampaniyası ilə beynəlxalq ictimaiyyətin diqqətini ölkədə insan haqları, demokratiya problemlərinə yönəltməyə çalışırdı.

«Sing for Democracy»nin təşkil etdiyi sərgiyə yarışmaya qatılanlardan yalnız Loreen diqqət göstərmişdi.

Rəsul Cəfərov avqustun 2-də həbs olunub. O qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşmada ittiham olunur.

XS
SM
MD
LG