Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 11:40

Ukrayna böhranının xronologiyası [28 avqust - 2 sentyabr]

Ukraynanın şərqində gedən müharibə yeni mərhələyə keçir. Donetsk və Luqanskda Ukrayna təhlükəsizlik qüvvələrinə qarşı döyüşən yaraqlılara indiyədək Rusiya ərazisindən gələn ayrı-ayrı könüllülər qoşulurdusa, artıq bütöv nizami hərbi hissələr köməyə gəlir

Ukrayna hadisələri haqda bütün xəbərləri burada oxu

- İyul və avqust aylarında Ukrayna silahlı qüvvələri bir sıra uğurlar əldə edəndən sonra, Luqanskda və Donetskdə separatçıların rəhbərliyi sıralarında dəyişiklik həyata keçirildi. Yeni separatçı liderləri elan etdikər ki, tezliklə əks-hücuma keçəcəklər. Və həqiqətən də, avqust ayının ikinci yarısında döyüş bölgələrindən Ukrayna qoşunlarının hücumlarının tükənməsi haqda xəbərlər gəldi. Donetsk vilayətinin şərqində İlovaysk və Starobeşevo rayonlarında Ukrayna hərbi hissələri mühasirəyə alındı. Rusiyameylli qüvvələr gözlənilmədən Ukrayna qoşunlarının arxasından, Azov dənizi sahilində Rusiya-Ukrayna sərhəddindən güclü hücuma keçərək Novoazovsk şəhərini də zəbt ediblər. Onlar strateji əhəmiyyəti olan Mariupol şəhərinə hücuma hazırlaşırlar.

Diqqət. Ukrayna hadisələrini daim yenilənən canlı bloqda izlə. «Davamı» düyməsini sıxmaqla bloqu vərəqləmək olar.

14:52 29.8.2014

Mövzu ilə əlaqədar: Tarixi Novorossiyanın xəritəsi

10:46 29.8.2014

«RUSİYANIN «UKRAYNAYA SOXULMASI» MOSKVAYA BAHA BAŞA GƏLƏCƏK»

ABŞ Prezidenti Barack Obama deyib ki, Rusiyanın «Ukraynaya soxulması» Moskvaya baha başa gələcək.

Barack Obama Almaniya kansleri Angela Merkellə danışdığını deyib və əlavə edib ki, hər ikisinin qənaətinə görə, Rusiya hərəkətinə görə cavab verməlidir.

ABŞ prezidenti Ukraynalı həmkarı Petro Poroshenkonun sentyabrın 18-də Ağ Evə gələcəyini söyləyib.

Obama bu barədə jurnalistlərə Vaşinqtonda BMT-nin Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı çağrılan fövqəladə iclasından sonra deyib.

02:38 29.8.2014

Donetsk döyüşlərinin təsadüfi qurbanları (DİQQƏT! Sarsıdıcı kadrlar var)

Donetsk döyüşlərinin təsadüfi qurbanları (DİQQƏT! Sarsıdıcı kadrlar var)
Gözlə

No media source currently available

0:00 0:01:36 0:00

AzadliqRadiosunun müxbiri Donetskin 26 Bakı komissarları küçəsində atəş altında bu kadrları çəkib. Bombardıman azından 2 şəhər sakininin həyatına son qoyub. Arxa fondakı atışma səsi gərgin döyüşlərdən xəbər verir. (Video Andrey Babitskinindir)

Davamı

XS
SM
MD
LG