Keçid linkləri

2024, 26 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:22

“Qarabağ” Azərbaycan çempionu oldu


"Qarabağ" fanatları
"Qarabağ" fanatları

-

Topaz Premyer Liqasında “Qarabağ” klubu "Sumqayıt"a 1:0 hesabı ilə qalib gələrək Azərbaycan çempionu olub.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra deyib ki, komandası çətin mübarizədən sonra çempion olub.

“Qarabağ” komandasına aidiyyatı olan hər kəsi çempionluq münasibəti ilə təbrik etmək istəyirəm. Son turlar bir qədər ağır, stresli alındı.

Ümumiyyətlə, ağır mövsüm keçirdik. Çətin mübarizədən sonra çempion olduq".

Qurban Qurbanov
Qurban Qurbanov

Qurban Qurbanov futbolçularının layiqli mübarizə apardığını deyib:

"Düzdür, son iki oyunda enişin olduğu deyilirdi. Biz bunu normal qarşıladıq. Çünki səfərdə iki çətin rəqibə qarşı çıxış etdik.

Bütün bu çətinliklərdən sonra çempion olduq. Mübarizə aparan, xarakter nümayiş etdirən oyunçularım nəticə üçün oynamağı bacardılar. Bizi “İnter” kimi rəqib izləyirdi. Həmin komanda bizi bir an rahat buraxmadı, nəfəs almağımıza imkan vermədi. “Qəbələ” – “İnter” oyununa baxarkan düşünürdüm ki, “İnter” son saniyələrdə də qol vurmağı bacaran komandadır".

İndi “Qarabağ” Azərbaycan kuboku uğrunda oyuna hazırlaşır.

XS
SM
MD
LG