Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 14:26

AzadlıqLive - Azərbaycan sammiti gərginlikdə saxladı

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə

15:57 18.5.2015

Krım tatarları kütləvi deportasiyanın 71-ci ildönümünü qeyd edir

Krım tatarları kütəvi deportasiyanın 71-ci ildönümünü qeyd ediblər. 1944-cü il mayın 18-də Stalinin əmri ilə 180 min Krım tatarı Orta Asiyaya sürgün edilib. Onlar nasitlərlə əməkdaşlıqda ittiham olunurdu. Bunlar Krım əhalisinin təxminən 25 faizi idi. Orta Asiyaya sürgün olunan Krım tatarları 1980-ci illərdən geri qayıtmağa başladı. Ukrayna parlamenti mayın 18-ni Krım tatarlarının deportasiyasının anım günü kimi tanıyıb. AzadlıqLive-da

15:08 18.5.2015

Keçmiş nazirin həbsxanada səhhəti pisləşib

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyev xəstəxanaya yerləşdirilib. Məlumatı modern.az saytı yayıb. Bildirilir ki, səhhətində yaranan problemə görə o, Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb.

Nicat Quliyevi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi həbs edib. Abşeron Rayon Məhkəməsinin hökmü ilə sabiq nazir 3 il müddətinə azadlıqdan məhrum olunub. O, qanunsuz odlu silah saxlamada təqsirli bilinib.

14:54 18.5.2015

"171" xidməti:Ev telefonundan smartfona mesaj göndərmək mümkün olacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi yeni – «171» səsli mesaj xidmətini istifadəyə verib. Bu yenilik ev telefonlarından mobil telefonlara və ya əksinə, mobil operatorlardan ev telefonlarına mesaj göndərməyə imkan verir. Xidmətdən istifadə üçün abunəçi171 qısa nömrəsinə zəng etməlidir. Operatorun təlimatına əsasən, səsli mesaj göndərmək üçün 1, özünə ünvanlanan səsli mesajı dinləmək üçün 2 düyməsini basmaq lazımdır. Mesaj göndərmək üçün 1 düyməsini seçdikdən sonra mesaj göndəriləcək nömrə və # düyməsini yığıb, siqnal səsindən sonra ismarışı səsləndirmək və yenidən # düyməsini basmaq kifayətdir. Qarşı tərəf telefonda 171 nömrəsinin yığıb 2 düyməsini seçməklə mesajı dinləyə bilər. Mobil nömrə abunəçiləri də 171 yığmaqla, bu xidmətdən faydalana bilərlər.Bir səsli mesajın qiyməti 5 qəpikdir.

Davamı

XS
SM
MD
LG