Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 09:39

Yanğın haqda bütün xəbərlər bir arada

Ötən il mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvandakı binada yanğın olub.​

Həmin günlər AzadlıqRadiosunun əməkdaşları hadisəni bütün detalları ilə çatdırmışdılar. Bir il öncəki canli live bloqu təqdim edirik.

Bloqun bloqun postları xronoloji ardıcıllıqla yerləşdirilib. Ən son məlumat ən əvvəldə verilib. Sonda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək olar.

16:48 19.5.2015

Cinayət işi açılıb

Yanğından sonra Fövqəladə hallar və daxili işlər nazirlikləri və Baş prokurorluq birgə məlumat yayıblar.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi açılıb. Cinayət məcəlləsinin 3 maddəsi əsas götürülüb. Ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, vəzifə səlahiyyətlərindən sui-istifadə və ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanıb.

15:37 19.5.2015

Bakıda 16-mərtəbəli binada yanğın fotolarda

15:30 19.5.2015

16 ölü

Bakıda yaşayış binasında baş verən yanğında ölənlərin sayı 16 nəfərə yüksəlib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova apa-ya bildirib ki, hadisə nəticəsində 50 nəfər xəsarət alıb, onlardan 34-ü hospitallaşdırılıb. 7 nəfərə tibb müəssisəsində, 10 nəfərə yerində ambulator yardım göstərilib.

15:12 19.5.2015

13 ölü

Mayın 19-da Binəqədi rayonunda yaşayış binasında baş vermiş yanğında ölənlərin sayı 13-ə çatıb.

Saat 15.00-a olan məlumata görə, 61 nəfər isə xəsarət alıb.

Məlumatı Səhiyyə Nazirliyi yayıb.

Davamı

XS
SM
MD
LG