Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:37

Baileys Mükafatını Ali Smith apardı


Baileys Mükafatını Ali Smith apardı

Baileys Ən yaxşı nəsr əsərinə görə Qadın Mükafatını şotland yazıçı Ali Smith qazanıb. "Thebookseller"-ə istinadən Oxu zalı xəbər verir ki, 30 min funt sterlinqlik mükafat bu axşam Londonda Royal Festival Hall-da təqdim olunub.

“How to be Both” (Hərfi tərcümə: İkisi birdən necə olmalı) Ali Smith-in sayca altıncı romanıdır. Romanın baş qəhrəmanları qadınlardır; Goerge adlı yeniyetmə qız və 15-ci əsr italyan rəssamı Francesco del Cossa.

Kitab iki versiyada nəşr olunub. Birinci kitabın əvvəlində müasir yeniyetmə qızın, arxasınca italyan rəssamın hekayəsi gəlir. İkinci kitabda isə tərsinə. Kitabların üz qabıqları eynidir.

Oxucu kitab dükanında ixtiyari şəkildə onlardan birini götürür.

Münsiflər heyətinin rəhbəri Shami Chakrabarti qalib Ali Smith-i tərifləyərək, onu “fenomenal yazıçı” adlandırıb və kitabın indiyə qədər “layiq olduğu tərif və mükafatları almadığını” deyib.

Sözügedən roman 2014-cü ildə Man Booker Prize, 2015-ci ildə Folio Prize, 2014-cü ildə Costa Roman Mükafatının qısa siyahılarına düşsə də, qalib seçilməyib. Amma bir neçə daha az nüfuzlu mükafat qazanıb.

"Adətən qadın yazarlar böyük mükafatlar udanda da həmin romanların qəhrəmanları kişilər olur.

Bu, çox maraqlı və vacib məsələdir; oxucular qadınların da hekayələrini, təcrübələrini oxuya bilməlidirlər," - Baileys mükafatı münsiflər heyətinin sədri deyib.

XS
SM
MD
LG