Keçid linkləri

2024, 26 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:23

Baş nazir Avropa oyunlarına görə tənqid edildi


Victor Ponta
Victor Ponta

Rumınya prezidenti Klaus İohannis baş nazir Victor Pontanın ilk Avropa oyunlarının açılışnda iştirakından xəbərsiz olduğunu bildirib.

O nazirin, insan haqlarının vəziyyətinə görə bir çox Avropa liderlərinin qatılmadığı bu mərasimdə iştirakını xarici siyasətdə səhv addım adlandırıb.

İyunun 12-də Bakıda keçirilən açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Racep Tayyip Erdoğanla yanaşğ Rumınyanın baş naziri Victor Ponta da iştirak edib.

Klaus İohannis iyunun 15-də bildirib ki, o bu səfərdən xəbərsiz olub.

Baş nazir Ponta ətrafında yaranmış korrupsiya qalmaqalına görə, onunla prezident arasında münasibətlər pisləşib.

Prezident İohannis onu istefa verməyə çağırsa da Ponta bundan imtina edib.

Həmçinin ölkə parlamenti onun toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı prokurorların sorğusunu rədd edib.

Baş nazir bundan bir qədər sonra ona etimadsızlıq göstərilməsi ilə bağlı parlamentdə keçirilən səsvermədən də rahat ötüşüb.

XS
SM
MD
LG