Keçid linkləri

2024, 26 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 01:19

Bakıdakı Formula-1 yarışlarına 86 milyon dollar xərclənə bilər


Arxiv fotosu
Arxiv fotosu

-

2016-cı ildə «Formula-1» yarışlarının mərhələlərindən biri Bakı küçələrində keçiriləcək.

Oxu.az bildirir ki, Gənclər və idman naziri Azad Rəhimov yarışın Azərbaycanda gecə saatlarında, süni işıqlandırma şəraitində keçiriləcəyini bildirib.

2016-cı il mərhələsinə gəldikdə isə, o əmindir ki, Bakıya 11 mindən çox xarici fanat gələcək.

Hələlik "Formula-1" yarışının keçirilməsi üçün menecment rəhbəri ilə müqavilənin neçəyə başa gəldiyi məlum deyil. Nazir qeyd edib ki, bu, kommersiya sirridir.

“Əslində mən müqavilə şərtlərini açıqlaya bilmərəm, çünki bu, kommersiya sirridir. Lakin onu deyə bilərəm ki, birinci mərhələnin təşkili üçün bir 66 milyon dollardan 86 milyon dollaradək vəsait xərcləməli olacağıq”, - deyə Azad Rəhimov bildirib.

XS
SM
MD
LG