Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 19:33

Avropa Birliyinin Azərbaycana dair Fəaliyyət Planı təsdiq olundu


Nazirlərin görüşü Bakı vaxtı ilə saat 15.30-da başlayıb,Brüssel 14 noyabr 2006
Nazirlərin görüşü Bakı vaxtı ilə saat 15.30-da başlayıb,Brüssel 14 noyabr 2006
Noyabrın 14-də Avropa Birliyi və Azərbaycan Əməkdaşlıq Şurasının toplantısında «Qonşuluq Siyasəti»nə dair Fəaliyyət Planı təsdiq olundu. «Azadlıq» radiosunun əməkdaşı Kənan Kazımoğlu Brüsseldən xəbər verir ki, Azərbaycanı bu mərasimdə Xarici İşlər naziri Elmar Məmmədyarov təmsil edib. Təsdiq olunmuş Fəaliyyət Planında gələcək əməkdaşlığın əsas prioritet istiqamətləri əks olunub.

Birinci prioritet istiqamət kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə Avropa Birliyinin (AB) yardım göstərməsi öz əksini tapıb. İkinci prioritet, Azərbaycanda azad və demokratik seçkilər yolu ilə demokratiyanın gücləndirilməsi, üçüncü, ölkədə insan haqlarına, fundamental azadlıqlara və qanunun aliliyinin təmin olunmasına yardım edilməsi, dördüncü, AB ilə ölkə arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi və regionda nəqliyyat sahəsində əməkdaşlığın artırılmasıdır. Ümumiyyətlə, Fəaliyyət Planında on prioritet sahə müəyyənləşib. Digər sahələr isə Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə, şəffaflığın artırılması, vergi sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlıq və s. bağlıdır.



«Bu planını əsas məqsədi hər üç Cənubi Qafqaz ölkəsinin: Azərbaycan, Ermənistan və Gürcüstanı Avropaya yaxınlaşdırmaqdır. Planı daha yaxşı icra edən ölkələr Avropa Birliyi ilə daha yaxın münasibətlərə nail olacaqlar»
Fəaliyyət Planında qeyd olunur ki, AB Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları əsasında həllinə tərəfdardır və Minsk Qrupunun problemin həlli istiqamətdə fəaliyyətinə siyasi dəstək artırılacaq, eyni zamanda xalq diplomatiyasının gücləndirilməsinə cəhdlər ediləcəkdir.

Planda göstərilir ki, demokratiyanı gücləndirmək üçün Avropa Şurasının Venesiya Komissiyasının və ATƏT-in tövsiyələri əsasında seçki islahatları aparılmalıdır.


Bu gün həmçinin Gürcüstan və Ermənistanla da «Qonşuluq Siyasəti»nə dair Fəaliyyət Planı təsdiq olundu. Ermənistanla AB-nin əməkdaşlığında da Dağlıq Qarabağ məsələsi prioritet sahə kimi göstərilib.


AB-nin xarici siyasət idarəsinin rəsmisi Havyer Solana «Azadlıq» radiosuna eksklüziv müsahibəsində bildirib: «Bu planını əsas məqsədi hər üç Cənubi Qafqaz ölkəsinin: Azərbaycan, Ermənistan və Gürcüstanı Avropaya yaxınlaşdırmaqdır. Planı daha yaxşı icra edən ölkələr Avropa Birliyi ilə daha yaxın münasibətlərə nail olacaqlar və Birlikdən daha çox dəstək alacaqlar».


Noyabrın 14-də Bakı vaxtı ilə saat 15.30-da Belçikanın Xarici İşlər Nazirliyində ATƏT-in MQ həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü başladı. Danışıqların bir neçə saat davam edəcəyi bildirilir. Danışıqlarda əsas məqsəd prezidentlərin növbəti görüşünü təşkil etməkdir. Ehtimallara görə, dövlət başçılarının görüşü noyabrın sonunda və ya dekabrın əvvəlində baş tutacaq.


XS
SM
MD
LG