Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 19:30

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

21:05 7.7.2015

İyulun 7-də AzadlıqLive-da radioda bu mövzuları müzakirə etdik:

Ordudan tərxis gecikirmi?

Təcili yardım gec gəldi, həkim bıçaqlandı

Yayda Bakı bağlarında kirayə neçəyədir?

Qeyri-bank pul köçürmələri və bunun problemləri

Əmanətlər yenə coraba yığılır

İslam Dövləti təşkilatının illik büdcəsi 2 milyard dollardır

17:14 7.7.2015

Bakı bağları: ayı 8000!

Bilgəhdə bağ var yayda kirayəyə 8 min manat verilir. Aylıq...Yaxşı bağların kirayəsi ayda 2-3 mindir. Ən ucuzlar ayda 150-200 manatdır. Müxbirimizin araşdırması az sonra saytımızda olacaq

16:41 7.7.2015

Bulvarda qadını xilas etdilər(video)

Şahidlərin Milli.Az-a verdikləri məlumata görə, bu gün saat 11 radələrində bir qadın özünü bulvarda Saat qülləsinin yaxınlığında dənizə atıb. Onu yaxınlıqdakı insanlar xilas ediblər.

15:41 7.7.2015

"Namaz qılmayanı öldürürdülər"

“Azər Eyyubov 3 ay Suriyada olub və geri qayıdan zaman hava limanında saxlanılıb. Oraya getməyinə peşman olduğunu dedi. Bildirdi ki, Bakıda ona verilən vədlərin heç biri doğru çıxmayıb.Suriyada namaz qılmayan şəxsləri ölümlə cəzalandırdıqlarını, orada təlimlər keçsə də, döyüşlərdə iştirak etmədiyini bildirdi”. Bunu hüquq müdafiəçisi Elçin Behbudov MTN-də Azər Eyyubovla görüşündən sonra deyib.

Davamı

XS
SM
MD
LG