Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 03:18

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

16:52 6.7.2015

Leyla Əliyeva deputat ola bilər

Leyla Əliyeva 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərində hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədi ola bilər. Bunu YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına eksklüziv açıqlamasında deyib. Siyavuş Novruzov bildirib ki, YAP-da Leyla Əliyevanın namizəd olması ilə bağlı yekdil fikir var.

18:03 6.7.2015

Haker şirkət Azərbaycanla əməkdaşlıq edirmiş?

Dövlətlərə öz vətəndaşlarının kompüterlərinə virus salıb, onları izləməyi üçün virus satan şirkət "HackingTeam" özü hack edilib. Hakerlər 500 GBdan çox məlumat yayıblar.Bu şirkətin aktiv müştərilərinin arasında Azərbaycan Müdafiə Nazirliyi də var. Müdafiə nazirliyinin bu məlumata cavabı nədir? Öyrənib, sizə bildirəcəyik

18:44 6.7.2015

Oyunlardan Bakıya nə qaldı?

Avropa Oyunları vaxtı bulvarda telefon və başqa texniki cihazlar üçün quraşdırılmış, günəş enerjisi ilə işləyən, pulsuz enerji yığan cihaz da qalır.Ancaq cihazın 6 xəttindən ancaq biri işləyir, qalanları sıradan çıxarılıb.

18:56 6.7.2015

Zavod direktoru Azadlıq Radiosuna qəzanın səbəbi barədə danışdı

“Telemexanika” zavodunun direktoru Usubağa Məmmədov AzadlıqRadiosuna deyib ki, qəzanın elektrik xəttində qısa qapanmadan baş verdiyi ehtimal edilir:“Qəzadan 3 dəqiqə sonra mən sexdə idim. Qəza olan istehsalat sahəsində 8 nəfər işləyirdi. Biz yaxınlıqdakı sahələrdə də olan 19 nəfəri xəstəxanaya göndərdik ki, tez ilkin yardım göstərilsin. İşçilərdən bəri təəssüf olsun ki, qəzadan həyəcanlanıb və sexdən çıxa bilməyib. Çox təəssüflər olsun ki, onun həyatını xilas etmək mümkün olmadı”.

“Telemexanika” Müdafiə Sənayesi Nazirliyinin Azərbaycanda patron istehsal edən yeganə zavodudur.

Davamı

XS
SM
MD
LG