Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:16

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

15:02 10.7.2015

Sorgu

Kredit üçün banka nə zaman üz tutmalı olursuz?

Sorğuda iştirak etmək istəyirsənsə, bura daxil ol

15:58 10.7.2015

Erkən ərə getməyin əsas səbəbi nədir?

Sorğuda iştirak etmək istəyirsənsə, bura daxil ol (AzadlıqEco səhifəsində sağda)

15:58 10.7.2015

16 yaşında ərə verilən qızın faciəsi

"16 yaşım tamam olmamışdı, qəfildən elçi gəldi. Evdən dedilər ki, gedəcəksən. Əvvəlcə atam razı olmadı, anam, nənəm, babam basqı elədi ki, bu adamla evlənəcəksən. Məndən 10 yaş böyük idi. Məni qurban verdilər, daha doğrusu. -Nəyin qurbanı? - Onlar iş adamı idilər, əmimgil də onlarla çalışırdılar. Atamgil, nənəmgil qorxdular ki, əgər məni oğlana verməsələr, onlar da acığa düşüb əmilərimlə işləməyi dayandırarlar. Ağladım, sızladım, dedim getmirəm. Hətta intihar vəziyyətinə gəlib çıxmışdım, istəyirdim ki, özünü eyvandan atım".

16:15 10.7.2015

Generalın oğlunu saxladığına görə işdən çıxarılan polis danışdı

AzNews.az-ın əməkdaşı geniş rezonans doğuran hadisənin qəhrəmanını - generalın oğlunu saxladığına və mübahisəyə görə işdən qovulan yol polisi Cavanşir Lətif oğlu Qasımovu tapa bilib. O, açıqlamasında hadisənin təfərrüatını danışıb, şok faktlar açıqlayıb:“Vəzifəli şəxsin oğluyla nə mən bacardım, nə də qanun. Onun atası generaldır, mənim atam isə 2-ci qrup əlil”

Cavanşir Qasımov onu işdən çıxartıranın Baş Qəragah rəisi Nəcməddin Sadıqovun kiçik oğlu Məmməd Sadıqov olduğunu bildirib. Məmməd Sadıqov Bakı Şəhər Vergilər Departamentinin rəis müavinidir. Polisin iddiasına görə, o, qayda pozuntusunu 10 NP 020 dövlət nömrə nişanlı “Range Rover” markalı maşınla törədib.

Davamı

XS
SM
MD
LG