Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

00:18 11.7.2015

Aznews.az-a "belə haker hücumu olmamışdı"

Aznews.Az xəbər portalına güclü haker hücumu olub. Sayt fəaliyyətini dayandırıb. Xəbər portalının baş redaktoru Elçin Zahidoğlu:"“ belə güclü hücum olmamışdı. Bahalı hücumdur, həvəskar hücum deyil. .... Bizim saytda iki gündür ki, məlum məsələlərlə bağlı yazılar gedir. Hücumun xəbərlərlə bağlı olub, olmadığı araşdırılır. Müəyyən ipucları var" (Sayt Baş qərargah rəisi Nəcməddin Sadıqovun oğlunu saxlayan və işdən qovulan yol polisinin fikirlərini vermişdi)

00:49 11.7.2015

İlham Əliyev: "Azərbaycanda aclıq yoxdur"

İlham Əliyev İtlaiyada «Milan Expo 2015» Ümumdünya sərgisində təşkil olunmuş «Milli gün» çərçivəsində Azərbaycan pavilyonunun rəsmi təqdimat mərasimində deyib: "Azərbaycan o ölkələrdəndir ki, artıq aclıq tamamilə aradan qaldırılıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, dünyada 29 ölkədən biri də Azərbaycandır ki, aclığın səviyyəsi iki dəfədən çox aşağı düşüb. Bu böyük bəla Azərbaycanda aradan qaldırılıb".

09:44 11.7.2015

Arda Turan: "Messi - futbol tarixinin ən yaxşı oyunçusu"(video)

12:16 11.7.2015

Kürdən gələn su magistralında qəza

Kür sutəmizləyici qurğularından Bakı şəhərini içməli su ilə təmin edən magistral kəmərlərdən birində baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal və Binəqədi rayonlarının müəyyən hissələrinə içməli suyun verilməsində fasilələr yaranıb. Başqa sözlə, su kəsilib.

Qəzanın qısa müddətdə aradan qaldırılması istiqamətində iş aprıldığı bildirilir. Ancaq vaxt deyilmir.

Davamı

XS
SM
MD
LG