Keçid linkləri

2024, 23 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:18

"Stalin" "Lenini" döyüb


Moskvada sovet liderləri – Vladimir Lenin və İosif Stalinin oxşarları arasında “Oxotnıy ryad” metsostansiyası yaxınlığında dava düşüb.

Yerli polis şöbəsinə Manej meydanında Leninin oxşarı işləyən İqor Qorbunovdan şikayət daxil olub.

Onun sözlərinə görə, Stalinin oxşarı işləyən vətəndaş Lətif Vəliyev həmin meydanda mübahisədən sonra ona 3 dəfə belindən çətirlə zərbə vurub.

Kafedə iki mərhum liderin oxşarı arasında peşəkar mövzuda mübahisə düşüb. Zərərçəkən “Lenin” yumşaq toxumaların əzilməsi üzündən poliklinikaya müraciət edib. Eyni zamanda polisə “Stalin” də şikayət edib.

Media məlumatlarına görə, Lətif Vəliyev azərbaycanlıdır.

XS
SM
MD
LG