Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 23:32

İlham Əliyev iftar süfrəsində


Allahşükür Paşazadə və İlham Əliyev
Allahşükür Paşazadə və İlham Əliyev

-

«Azərbaycanda düşünülmüş siyasət, xalqla iqtidar arasında möhkəm birlik var və bu, bizim uğurumuzdur».

Bunu prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin açdığı iftar süfrəsi mərasimində deyib.

Xəbəri president.az saytı yayıb.

Prezident deyib ki, «biz müstəqil ölkəyik və Azərbaycan xalqının taleyi öz əlindədir».

İlham Əliyev milli mənəvi dəyərlər hər şeydən üstün olduğunu, gənclərin kənar təsirlərdən qorunmasının vacib olduğunu bildirib.

Prezident Birinci Avropa Oyunlarının gedişində 20 mindən çox gəncinin gecə-gündüz könüllü şəkildə işləyərək onlara göstərilən etimadı doğrultduqlarını da vurğulayıb. Öz adından və «Bakı-2015» birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından onlara təşəkkürnamə verildiyini bildirib.

İlham Əliyev çıxışında bildiriib ki, «Azərbaycanın gələcəyi parlaqdır və bizim uğurlarımıza heç bir qüvvə təsir edə bilməz».

XS
SM
MD
LG