Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:36

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

13:46 13.7.2015

9 ildir ki, mənzillərini ala bimyənlər aksiya keçirir(video)

Doqquz ildir ki, nəğd pulla aldıqları mənzillərə köçə bilməyən sakinlər iyulun 13-də "Yeni Yasamal" MTK-nın binası qarşısında etiraz aksiyası keçirib.

14:15 13.7.2015

Elman Rüstəmov: maksimum 29 faiz

Keçən həftənin sonu Mərkəzi Bank sədri bank rəhbərləri ilə görüşəndə təklif edib ki, istehlak kreditləri üçün maksimum faiz dərəcəsi illik 29 faiz təyin edilsin.Bu məlumatı ad çəkmədən Qafqazinfo verir. Hazırda manat krediti 30 faizlə, bəzi qeyri-bank təşkilatlarında 35-40 faizlə verilir. Dollar krediti 22-24 faizlədir.

Mərkəzi Bankın uçot dərəcəsi 3 faizdir. Sual olunur: banklar 3 faizlə aldığını niyə 30 faizə verir? Əgər banklar bu pulu qıraqdan cəlb edirsə, onda Mərkəzi Bank uçot dərəcəsini niyə elan edir?

14:34 13.7.2015

Poroshenko fövqəladə iclas çağırır(video)

Ukrayna prezidenti Petro Poroshenko iyulun 13-də Milli Təhlükəsizlik Şurasının Hərbi Kabinetinin fövqəladə iclasını çağırıb. Buna səbəb radikal millətçilərlə polis arasında qarşıdurmadır. Sağ Sektorla Ukrayna Təhlükəsizlik qüvvələri arasında iyulun 11-də atışmada azı 3 adam ölüb.

15:26 13.7.2015

İspaniyada öküz festivali- yaralananlar var(video)

İspaniyada öküz festivalı davam edir.

Davamı

XS
SM
MD
LG