Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 21:35

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

02:48 15.7.2015

"İlhamla konfeti də yarı bölürdük"

Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı, Sevil Əliyeva “Space” telekanalına müsahibə verib. Hazırda Londonda yaşayan Sevil Əliyeva ilə müsahibə rus dilindədir, ancaq tərcüməsi verilir. Sevil Əliyeva atası və qardaşı haqda xatirələrini bölüşür.Video burada Sevil Əliyeva deyir ki, Heydər Əliyev uşaqları ilə oynamağa həmişə vaxt tapırdı, məktəb vaxtı İlham sakit və dinməz idi, Sevil həmişə qardaşının qeydinə qalırdı, hətta deyirdilər ki, "Seva İlhamı qartal kimi qoruyur". Ancaq S.Əliyeva Heydər Əliyevin siyasi fəaliyyətinə qiymət verərkən onu ideallaşdırır.

13:14 15.7.2015

Parisdə atəşfəşanlıq (video)

14 iyul Fransada milli bayramdır. 1789-cu il iyulun 14-də Bastiliya həbsxanası alındı. Fransa inqilabı o hadisədən başlandı.

13:18 15.7.2015

Arda-Suarez zarafatları

İspaniyanın Barselona klubunda Arda Turan ilk məşqinə çıxıb. Məşq zamanı yoldaşından ötürmə alan Luis Suarez topu Ardanın ayaqları arasından keçirmək istəyir. Arda isə Suaresin arzusunu ürəyində qoyur və onunla belə zarafatlaşır. Video burada

13:23 15.7.2015

Hər nazir bir idmanı "götürüb, işlədir"

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rinqə çıxdığını, ya da vergilər naziri Fazil Məmmədovun velosiped sürdüyünü indiyə qədər görən olmayıb.Elə başqa nazirləri də. Ancaq nazirlərin hərəsi bir idman federasiyasına rəhbərlik edir. Prezident onları bu idmanlara təhkim edib? Onlar buna məhkumdurlar? Yoxsa hər nazir bir idmanı "götürüb işlədir"? Çünki idmana ayrılan dövlət pulları var.

Hansı nazir hansı idmandadır?

Davamı

XS
SM
MD
LG