Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 03:23

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

23:36 15.7.2015

Bakıda niyə belə qiymətə təyyarə bileti yoxdur?

Gənc ər-arvad - Gülərlə Bəxtiyar təcrübəli səyyahdırlar: bu ilin martında Polşadan Norveçə təyyarə bileti üçün, Azərbaycan puluna çevirəndə, adama vur-tut 7,5 manat ödəyiblər... Bakıda niyə belə biletlər yoxdur? (Bakı-Zaqatala avtobusuna bilet - 8 manatdır.)

00:36 16.7.2015

Leyla və Arif Yunusun bugünki məhkəməsi

00:42 16.7.2015

Prezidentin boyunu niyə böyütdülər?- [fotolar]

Özbəkistanın dövlət xəbər agentliyi prezidentlərin Şanxay Əməkdaşlıq Təşkilatı zamanı çəkdirdiyi fotonu fotoşoplayıb. RİA Novosti Agentliyinin çəkdiyi fotoda Özbəkistan prezidenti İslam Kərimovun boyu digər prezidentlərin boyundan kiçik görünür. Bu isə Özbəkistanda yəqin ki, yolverilməzdir.

fotoşop şəkil
fotoşop şəkil

orijinal şəkil
orijinal şəkil

02:01 16.7.2015

AZAL-dan biletin ucuzlaşması xəbərinə açıqlma

“Azərbaycan Hava Yolları” QSC (AZAL) bu gün mətbuatda yayılmış Bakı-İstanbul aviareysinin qiymətinin 90 manata endirilməsi ilə bağlı xəbərə münasibət bildirib. Fins.az-a açıqlama verən AZAL-ın vitse-prezident Sabir İlyasov deyib ki, bu məsələdə hələ ki, konkret yenilik yoxdur: “Hazırda biletlərin ucuzlaşdırılması ilə bağlı məsələ müzakirə olunur”. Bir az əvvəl Aznews.az xəbər yaymışdı ki, Azərbaycanda yerləşən turizm şirkətlərinə AZAL məktub göndərib, Bakı-İstanbul reysinə biletin 90 dollar olması ilə bağlı "göstəriş verib".Ancaq xəbərdə o da deyilirdi ki, bu yeni qiymətin nə vaxtdan qüvvəyə minəcəyi bəlli deyil. ​

Davamı

XS
SM
MD
LG