Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 11:29

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

18:51 16.7.2015

Bakıda su problemi həll olunub yoxsa yox?

“AzərSu” Bakıdakı su probleminin tamamilə aradan qaldırıldığını, sakinlərsə hələ də suyun gəlməyində problemlər olduğunu deyirlər. İyulun 11-də Bakını içməli su ilə təmin edən “Kür Su Təmizləyici” qurğularının borusunda qəza olub. “Azərsu”nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyir ki, su borusu bərpa olunub və paytaxtın su ilə təmin edilib.Bakıda Yasamal rayonu Birinci Alatava sakini Məcid Həsənli deyir ki, onlarda hələ də su problemi var:“Bizim ev Nəqliyyat Nazirliyinin yanındadır. Su verilişində heç vaxt problem olmurdu. Amma 5-6 gündür ciddi problemlərimiz var. İlk 2-3 gün tamamilə su olmadı. İndi də fasilələrlə, zəif gəlir. Motoru, bakı olanların işi bir az yaxşıdır. Bakı olmayanlar qalıb, susuz. Noldu bir qəzanı bir həftədir aradan qaldıra bilmədirlər? Lider TV-dən düz Nəqliyyat Nazirliyinə tərəf bütün qonşular, hamı susuz qalıb”.

21:05 16.7.2015

AzadlıqLive-da Radioda iyulun 16-da bu mövzular müzakirə olundu:

Bakının su problemi həll olundu ya yox?

Sovetskidən köçürülməyənlər

Ağ Şəhərdə qara günlər

Əli Kərimli hökumətə qarşı məhkəməni uddu

Beynəlxalq Bank gözəlləşdirilib, özəlləşdiriləcək

21:09 16.7.2015

Məktəbli düşərgəsi- 2 həftəsi 700 manat

Azərbaycanda 1 milyon 200 min məktəbli yay tətilindədir. Əvvəlki kimi dövlətin olan məktəbli düşərgələri yoxdur. Özəllər isə bahadır- 2 həftəsi 700 manat. Təhsil Nazirliyindən AzadlıqRadiosuna bildirirlər ki, uşaqların yay tətilində istirahətinin təşkil edilməsini düşünürlər, amma hələ ki, qərar yoxdur.

00:10 17.7.2015

Aktyor Telman Adıgözəlov fotolarda

Davamı

XS
SM
MD
LG