Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 21:28

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

23:18 19.7.2015

ABŞ səfiri Bakıda veloyürüşdə iştirak edib

ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta Bakıda keçirilən veloyürüşdə iştirak edib. O jurnalistlərə deyib ki, "Ətraf mühiti uşaqlarımız və nəvələrimiz üçün qorumağa heç olmasa kiçik bir töhfə verməliyik." Fotolar

23:46 19.7.2015

Fazil Mustafa Facebook-da "İran əllamələrindən" yazır

Millət vəkili Fazil Mustafa Facebook-da Ramazanda bayram namazının vaxtı ətrafında mübahisılər haqda yazıb: "“Bu İranın əllamələrinə baxın, oradan-buradan sitatlar tapıb bizə göndərirlər ki, bəs, Səudiyyədə belə səhv ediblər, Türkiyədə belə səhv ediblər.Nə səhv ediblər, hamısı da dobra-dobra bayramlarını vaxtında keçiriblər. Guya bunların sahibləri günü təyin edəndə astronomiyanı öyrənib addım atıblar. Sadəcə baxıblar ki, ağaları hansı günü deyib, o günü də bayram edirlər. Ötən il də rəsədxananın dediyindən fərqli gün təyin olundu, niye səsiniz çıxmadı? Bu, mahiyyətcə bir şeyi dəyişmir, ancaq öz ölkəsini İranın yedəyində süründürmək istəyənlərin bir daha iç üzünü açır”.

XS
SM
MD
LG