Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 00:15

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

13:13 7.8.2015

Tural gəlmədi

Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Xədicə İsmayılın işi üzrə prosesdə məhkəmə Tural Mustafayevin məcburi qaydada məhkəməyə gətirilməsi barədə qərar qəbul edib.

O, iş üzrə zərərçəkən kimi keçir və X.İsmayıl məhz onun şikayəti əsasında özünüöldürmə həddinə çatdırmada ittiham edilib və həbs olunub.

Lakin sonradan T.Mustafayev polisin təzyiqləri altında X.İsmayıla böhtan atdığını bildirib və şikayətindən imtina edib. /Turan/

13:17 7.8.2015

Məhkəmədə fasilə elan edilib. Proses saat 2-də davam edəcək

13:25 7.8.2015

Xədicə deyib ki...

Mustafayev verdiyi açıqlamalarda onun hüquq-mühafizə orqanları tərəfindən saxlanması və ifadələrə məcbur edilməsi ittihamları vardı. İynə vurulması, şantaj edilməsi haqda açıqlamalar vermişdi. İndi də ehtimal ola bilər ki, onun başına nəsə iş gəlib, bu üzdən bu iş üzrə zərərçəkmiş şəxsin iştirakı olmadan ifadə verməyəcək.

«​Tural Mustafayev deyirsə ki, müxalifət mediası onu qeyri-müəyyən nüfuzuna, iqtidar mediası da AzadlıqRadiosunda işlədiyinə görə işə götürmür, o zaman İlham Əliyev də gəlib mənim yanımda müttəhim kimi dayansın. Çünki Turalın iqtidar qəzetlərində işə götürülməməsinin məsuliyyəti onun üzərindədir» - X.İsmayıl məhkəmədə bildirib.

13:42 7.8.2015

Vəsatətlər rədd edildi

Müdafiə tərəfinin heç bir vəsatəti təmin edilmədi
Gözlə

No media source currently available

0:00 0:02:28 0:00

Fasiləyə qədər vəkillər 3 vəsatət qaldırıblar. Vəsatətdən biri Xədicə İsmayılın şüşə qəfəsdən çıxarılması ilə bağlı olub. Hakim vəsatəti təmin etməyib, deyib ki, bu, Xədicənin təhlükəsizliyi üçündür. Jurnalist isə cavabında bildirib ki, o, Azərbaycan vətəndaşlarından təhlükəsizliyinə hər hansı zərər gözləmir.

İkinci vəsatət 213-cü maddə üzrə olub. Vəkillər bildiriblər ki, AzadlıqRadiosu haqqında yanvarın 5-də başlanan səyyar vergi yoxlaması bitmədiyi və mayın 15-dən dondurulduğu halda Xədicə İsmayıla bununla bağlı ittiham irəli sürmək qəsd-qərəzliyin göstəricidir. Bu maddə üzrə işə baxılmamalıdır, o cümlədən, son baş verənlər istintaq materiallarına əlavə olunmalıdır. Amma hakim bu vəsatəti də rədd edib.

Davamı

XS
SM
MD
LG