Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 15:21

«Qəbələ» yenə yunanlarla görüşəcək


Gabala- Appolo oyunundan çəkilmiş foto
Gabala- Appolo oyunundan çəkilmiş foto

-

Avqustun 7-də Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

İsveçrədə keçirilən püşkatma mərasimdə 44 komanda iştirak edib. Bunlardan 29-u Avropa Liqasının III təsnifat mərhələsinin qalibləri, qalan 15-i isə Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandıran komandalardır.

Azərbaycanı bu mərhələdə iki komanda - «Qarabağ» və «Qəbələ» təmsil edib.

«Qarabağ» play-off mərhələsində İsveçrənin «Young Boys» klubu ilə qarşılaşacaq.

«Qəbələ» isə Yunanıstanın «Panatinaykos» klubu ilə qarşılaşacaq.

Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları 20 avqust, cavab qarşılaşmaları isə 27 avqust tarixlərində keçiriləcək.

“Qəbələ” avqustun 6-da digər yunan ölkəsi - Kiprin “Apollon” klubunu qəbul edib və 1:0 hesabıyla qələbə qazanıb.

Bu oyunları necə şərh edərdiz?

XS
SM
MD
LG