Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 01:28

Xədicə İsmayıldan mesaj var


Azerbaijan. Baku. Journalist Khadija Ismayilova
Azerbaijan. Baku. Journalist Khadija Ismayilova

-

Həbsxanada olan araşdırmaçı jurnalist Xədicə İsmayıldan mesaj var:

«Hamıya salam. Mən möhkəməm, siz də möhkəm olun. Jurnalistlərə məsləhətim odur ki, böhran korrupsiyasına göz qoysunlar. Böhrandan çıxış yolu adı altında iqtisadiyyatın yeni sahələrinin monopoliya altına alınmasına diqqət etsinlər. Cəbhə xəttindəki gərginlik üzücüdür, könül istərdi ki, bu Ermənistan və Azərbaycan hökumətinin öz xalqlarını ölkədaxili siyasi və iqtisadi böhrandan yayındırmaq yox, torpaqlarımızın azad olunması üçün real addımlarla nəticələnən bir situasiya olsun. Ümid edirəm, cəbhə xəttindəki və regiondakı yeni gerçəklik korrupsiya çax-çuxunu azacıq yavaşıdar. Görürsünüzmü, mən hələ də ümid edirəm, hər şey yaxşı olacaq».

Buna da bax: Rusiya Suriyada hərbi əməliyyata başladı

Xədicə İsmayıl ötən ili dekabrın 5-də başqasını özünüöldürmə həddinə çatdırma ittihamı ilə həbs edilib.

Fevralın 13-də isə ona qarşı AzadlıqRadiosundakı fəaliyyəti ilə bilavasitə bağlı olan mənimsəmə və vergidən yayınma kimi ittihamlar irəli sürülüb.

AzadlıqRadiosu və beynəlxalq təşkilatlar Xədicənin məhz jurnalist fəaliyyətinə, araşdırmalarına və AzadlıqRadiosunda gördüyü işə görə həbs olunduğunu düşünür.

XS
SM
MD
LG