Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:38

«Qarabağ» – «Tottenham» biletləri satışda


Tottenham Hotspur vs Karabakh fc
Tottenham Hotspur vs Karabakh fc

Noyabrın 26-da futbol üzrə Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Ağdamın «Qarabağ» komandası İngiltərənin «Tottenham» klubunu qəbul edəcək.

Noyabrın 23-dən oyunun biletləri satışa çıxarılıb.

Bu haqda «Qarabağ» komandasının saytı məlumat yayıb.

Biletlərin qiyməti nömrəli sektorlar üzrə 1, 2, 5, 10 manat üzrə dəyişir. VİP sektora biletlərin qiyməti 50 manatdır.

Qarşılaşma noyabrın 26-da saat 22.00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

«Qarabağ» futbol klubu azarkeşləri biletləri sadəcə kassalardan almağa çağırır. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərə satılır.

Komanda Bakı Metropoliten İdarəsinə oyun günü gec bağlanması üçün müraciət də edib.

XS
SM
MD
LG