Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 15:51

Türkan Şoray dekabrın 9-da gələcək


Türkan Şoray
Türkan Şoray

-

Noyabrın 26-da Nizami Kino Mərkəzində onun rejissorluğu ilə çəkilən «Uzaklarda arama» filminin Bakı premyerası baş tutmalı idi. Ancaq Mərkəzin mətbuat xidmətinin rəhbəri Arzu Əhədova AzadlıqRadiosuna Türkan Şoray-ın tədbirləri ilə bağlı Azərbaycana gələ bilməyəcəyini söyləyib.

«Noyabrın 25-də həmin filmin Türkiyədə qala gecəsi olacaq. Noyabrın 27-də isə Türkan Şoray «Beyaz şou»da iştirak etməlidir. Bir günə gəlib qayıtmaq onun üçün çətin olduğundan biz premyeranı təxirə saldıq», - deyir Arzu Əhədova.

Buna görə də səfər dekabrın 9-a keçirilib. Həmin gün Nizami Kino Mərkəzində Türkan Şoray-la görüş keçiriləcək.

«Uzaklarda arama» filmində baş rolda Türkan Şoray-ın qızı çəkilib. Filmdə şəhərdən kənara köçürülən bar qızlarının yerli qadınların rəqibinə çevrilməsindən və bir də baş tutmayacaq sevgidən bəhs edilir. Bu, melodram ruhunda çəkilmiş komediyadır.

Türkan Şoray Yaxın Şərqdə sevilən sənətçidir. O, 200-dən artıq filmdə çəkilib. Bununla da, dünyada kinoda ən çox rol alan aktrisa kimi rekord qazanıb. Türkan Şoray son illər daha çox rejissorluqla məşğuldur.

XS
SM
MD
LG