Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:31

İspaniya-Çexiya-1:0


İspanlar qələbəni qeyd edir
İspanlar qələbəni qeyd edir

İspaniya millisi "Avro-2016" nın qurup mərhələsində Çexiya millisini 1:0 hesabı ilə məğlub elədi.
Yeganə topu 87-ci dəqiqədə 3 nömrəli oyuncu Gerard Pique vurdu. O baş ilə Ptr Çexin qapısına yol tapa bildi.

Gerard Pique
Gerard Pique

Bundan sonra oyuna edilən əlavə vaxtda hesab dəyişməz qaldı. Beləliklə İspaniya millisi qrup mərhələsində ilk qələbəsini qazandı. Oyunun sonlarında Çexiya millisinin də 1 dəfə qol şansı oldu. Amma Vladimir Darida bu şansdan istifadə edə bilmədi.

--

Oyunun birinci hissəsi başa çatdı. İspaniya millisi daha fəaldır. Amma hələlik hesab açılmayıb. Topa daha çox İspaniya millisi nəzarət edir.

İspaniya-Çexiya görüşü başladı. "Reuters" in fotoları ilə oyunun maraqlı anlarını şərh edirirk. Hazırda oyunun 10-cu dəqiqələri gedir. Hələlik hesab açılmayıb. Hər iki komanda hücuma meyilli oyun nümayiş elətdirir. Amma komandalardan heç birinin hələlilk real şansı olmayıb.

İspaniya-Çexiya
İspaniya-Çexiya

İyunun 13-də“Avro-2016”nın D qrupunda daha bir oyun keçirilir.

Bu dəfə İspaniya və Çexiya yığmaları qarşılaşır.

Qeyd edək ki, ispanlar son çempionatın qaliblərdidir.

Tuluzada keçirilən görüş Bakı vaxtı ilə saat 17:00-da başlayır.

Qrupun ilk oyununda isə dünən Xorvatiya və Türkiyəyə milliləri görüşüb.

Oyun 1:0 hesabı ilə xorvatların xeyrinə qurtarıb.

13 iyun

D qrupu

17:00. İspaniya – Çexiya

Baş hakim: Şimon Martsinyak

Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Listkeviç

Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyaldır (hamısı

Tuluza. "Stadyom-de-Tuluz"

-

Fransada futbol üzrə Avropa çempionatı
Fransada futbol üzrə Avropa çempionatı

“Avro-2016”nın qrup mərhələsində I turun oyunları davam edir.

İyunun 13-də E qrupunda mübarizə aparan İrlandiya Sent Denidə İsveçlə, İtaliya isə Lionda Belçika ilə qarşılaşır.

İrlandiya-İsveç görüşü Bakı vaxtı ilə saat 20-də, İtaliya-Belçika görüşü isə 23-də başlayır.

13 iyun

E qrupu

20:00. İrlandiya - İsveç

Baş hakim: Milorad Majiç

Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç

Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)

Sent-Deni. "Stad de France"

23:00. Belçika - İtaliya

Baş hakim: Mark Klattenburq

Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Lion. "Stade de Lion"

XS
SM
MD
LG