Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:40

Azarkeş hələ də ağır vəziyyətdədir


İngiltərə-Rusiya oyununda
İngiltərə-Rusiya oyununda

-

Marseldəki toqquşmada xəsarət alan ingilis azarkeşin durumu hələ də sabit ağırdır.

Bu haqda şəhərin prokuroru Bris Roben bilgi verib. Onun dediyinə görə, ingilis, rus və fransız fanatların toqquşmasında xəsarət alan 35 nəfərdən əksəri britaniyalılardır.

Prokuror həmçinin toqquşmalarda iştirak edən 150-yə yaxın rus fanatın sonradan heç birini ələ keçirməyin mümkün olmadığını deyib: “Rusiyalı azarkeşlər yetərincə yaxşı hazırlanmış döyüşçülər olub”.

Toqquşmaların gedişində həbs olunan iki rus fanat ölkədən çıxarılacaq. Altı ingilis, iki fransız və bir Avstriya vətəndaşı isə məhkəmə önünə çıxacaq. Onların hətta bir neçə illiyə həbs cəzasına məhkum olunması da gözlənilir.

XS
SM
MD
LG