Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:39

McGinn: uzatma dəqiqələrində fərqlənən 6-cı futbolçu


Şimali İrlandiya yığması
Şimali İrlandiya yığması

-

Niall McGinn indiki Avropa çempionatında ikinci hissəyə əlavə olunan dəqiqələrdə fərqlənən altıncı futbolçudur. Bastian Schweinsteiger, Graziano Pelle və Dimitri Payet kimi, Şimali İrlandiya yığmasının üzvü də hesabı 2:0 etdi, Vasili Berezutski 90 dəqiqə bitəndən sonra Rusiyanı məğlubiyyətdən qurtardı, Daniel Sturridge isə İngiltərəyə Uels üzərində qələbə qazandırdı.

AÇ-2016-da ümumilikdə 34 qol vurulub ki, onlardan da 11-i 80-ci dəqiqədən sonraya təsadüf edib. Oyunun sonluğunda fransızlar hamıdan yaxşı təsir bağışlayır. Onlar hər iki qələbəni məhz bu yolla qazanıb.

McGinn həmçinin altıncı uzatma dəqiqəsinin sonuna 8 saniyə qalmış fərqlənməklə AÇ rekordunu yeniləyib. Maraqlıdır ki, əvvəlki rekordu (95.03) Dimitri Payet müəyyənləşdirmişdi.

XS
SM
MD
LG