Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:30

Salenko-dan şok açıqlama


Oleg Salenko
Oleg Salenko

-

Kiyev «Dinamo»sunun və Rusiya yığmasının sabiq hücumçusu Oleg Salenko Ukrayna yığmasının düşərgəsində hökm sürən neqativ ab-havadan danışıb. Onun dediyinə görə, heç də hər kəsin baş məşqçi Mykhaylo Fomenko-nun taktikası ilə razılaşmaması fonunda kollektivdə gərginlik var.

Xatırladaq ki, ukraynalılar əvvəlcə Almaniya (0:2), ardından Şimali İrlandiya (0:2) yığmasına uduzub. Salenko-nun bu haqda dedikləri: «Çoxları Fomenko-nun tələblərini anlamır. Komanda gərginlik son həddə çatıb. Bəzi futbolçular hücum futbolu oynamaq istəyir, bəziləri isə indiki taktikadan razıdır. Ən əsası odur ki, qalmaqal daha böyük davaya çevrilməsin. Komanda həmişə komanda kimi qalmalıdır. İndi bütün yığma üzvləri sakitləşməli və Polşanı məğlub etməyə çalışmalıdır».

XS
SM
MD
LG