Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:38

3 aylıq şərti həbs


Rusiyalı futbol azarkeşləri
Rusiyalı futbol azarkeşləri

-

AFP-nin yaydığı xəbərə görə, Lilldə keçirilən Rusiya – Slovakiya oyunundan (1:2) sonra yaşanan hadisələrdə tutulan rusiyalı azarkeşlərdən biri 3 aylıq şərti həbs cəzası alıb.

Bu haqda Lill islah məhkəməsi qərar çıxarıb.

Rusiya vətəndaşı Lillin dəmiryol vağzalının yaxınlığında ingilis fanatlarla toqquşmada iştiraka görə belə cəzalanıb. Məhkəmədə onun günahını sübut edən dəlillər sırasında ingilislərə stul atarkən çəkilən şəkilləri göstərilib. İttiham olunanlardan biri məhkəmə zalından azadlığa buraxılıb. Amma həm o, həm də 3 aylıq şərti cəza alan rus bir il ərzində Fransa ərazisinə daxil ola bilməyəcək.

XS
SM
MD
LG