Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:15

Del Bosque-nin əvəzinə Caparros?


Vicente del Bosque
Vicente del Bosque

-

AS-ın iddiasına görə, İspaniya yığmasının baş məşqçisi Vicente del Bosque postunu tərk edəcək. Ümumiyyətlə, ünlü mütəxəssisin məşqçi karyerasını bitirə biləcəyi xəbər verilir. Elə həmin qaynağın fikrincə, Del Bosque-nin boşaldacağı postu tutmağa əsas namizəd əvvəllər «Atletik», «Vilyarreal», «Sevilya», «Deportivo», «Levante» və «Malyorka»da işləmiş Joaquin Caparros-dur.

Halbuki Vicente del Bosque postunda qalmaq istədiyini və gələcəyini İspaniya Futbol Federasiyasının rəhbərliyi ilə müzakirə edəcəyini bildirmişdi.

Xatırladaq ki, son iki Avropa çempionatının qalibi ispanlar iyunun 27-də İtaliyaya 0:2 uduzmaqla turnirdə mübarizəni dayandırıb.

XS
SM
MD
LG