Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:15

Ağırlıqqaldıranlar Rioya getməyəcək


Valentin Hristov
Valentin Hristov

-

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin Rio Yay Olimpiya Oyunlarına yollanmaq şansını itirdiyi bildirilir.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Azərbaycan komandasının bütün lisenziyalarını ləğv edib.

IWF az öncə Azərbaycanın 1 kişi və 1 qadın idmançısının vəsiqəsini ləğv etmişdi. Buna Hyustonda keçirilən dünya çempionatı zamanı 6 ağırlıqqaldıran - Elxan Əliquluzadə, Silvia Angelova, Firudin Quliyev, Valentin Hristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun dopinq testindən keçə bilməməsi səbəb olmuşdu. Diskvalifikasiyaya məruz qaldıqlarından, onların 2015-ci il dünya çempionatında topladığı xallar da Azərbaycan millisinin hesabından silinib.

Nəticədə iki dünya çempionatının yekununa əsasən, 135 xalla 16-cı yerdə olan Azərbaycan komandası 31-ci pilləyə enib. Yığmanın hesabından isə 83 xal çıxılıb. Bu isə ekspertlərin fikrincə, Azərbaycan ağırlıqqaldıranlarının Rio arzularının puç olması anlamına gəlir.

Azərbaycan millisinin son iki dünya çempionatındakı çıxışının nəticəsinə əsasən 4 lisenziya ilə Olimpiadaya yollanması gözlənilirdi. Ancaq yekunda Azərbaycanın bir atleti belə Braziliyaya getməyəcək.

Bununla, indiyədək Rioya 56 lisenziya qazanan Azərbaycan yığmasının daha 3 lisenziyası əlindən alınıb.

Braziliyanın Rio-de-Janeyro şəhərində avqustun 5-dən 21-ə kimi XXXI Yay Olimpiya Oyunları keçiriləcək.

XS
SM
MD
LG