Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:24

Matthaus Rooney-yə «get» dedi


Wayne Rooney
Wayne Rooney

-

Alman futbolunun əfsanəsi Lothar Matthaus hesab edir ki, İngiltərə yığmasının forvardı Wayne Rooney komandasının AÇ-dəki fiaskosundan sonra beynəlxalq karyerasını bitirməlidir.

Xatırladaq ki, İngiltərə 1/8 finalda İslandiyaya uduzmaqla (1:2) mübarizəni dayandırıb. «The Sun» Matthaus-un aşağıdakı fikirlərinə yer verib:

«İslandiya ilə oyun onun üçün sonuncu olmalıdır. Bu, həm Rooney, həm də İngiltərə üçün yaxşı olardı. İngilislər Berlində Almaniyanı Rooney-siz 3:2 hesabıyla məğlub edəndə tam fərqli komanda idi. Rooney meydanda olanda isə oyunçular psixoloji cəhətdən azad olmur. Gənc oyunçular ətrafında yeni komanda qurmaq, onlara inam aşılamaq, səhvləri üzərində öyrənmək imkanı vermək lazımdır. İngiltərə çətin vaxtlarda liderə ehtiyac duyur. İngilislər İslandiya ilə oyunda hesabda önə çıxanda hər şey onların qələbəsinə doğru aparmalıydı. Belə olmamasına təəccübləndim. Komanda ehtiyac duyanda Rooney lider ola bilmədi. O, yığmada 115 oyun keçirə, kapitan ola bilər. Ancaq daha artığı lazımdır. Lider oyunun axarını dəyişməyi bacarmalıdır. Rooney özünə deməlidir ki, daha MY-nin oyununa köklənmək vaxtıdır. İndi onun üçün yığma karyerasını bitirmək baxımından əlverişli məqamdır. Yeni baş məşqçi ondan üzülüşənə qədər özünün getməsi daha yaxşıdır».

XS
SM
MD
LG