Keçid linkləri

2024, 25 Sentyabr, çərşənbə, Bakı vaxtı 03:24

«Penalti verməsəm, 99 faiz pozuntudan xəbər tutmazdı»


Nicola Rizzoli
Nicola Rizzoli

AÇ-2016-nın Almaniya ilə Fransa arasındakı yarımfinal oyununu (almanlar 2:0 hesabıyla qalib gəlib) idarə edən Nicola Rizzoli Bastian Schweinsteiger-in əllə oynadığı epizodda düzgün mövqe seçdiyini vurğulayıb.

Xatırladaq ki, fransızlar məhz buna görə təyin olunan penaltini ilk yarının sonunda qola çevirib önə çıxmışdılar. Rizzoli «Football Italia»ya açıqlamasında bu barədə danışıb: «Mənə belə məsul oyunu etibar etdiklərinə görə qürur duyuram. Üzərimdə böyük məsuliyyət vardı. Komandaların səviyyəsini və ənənələrini nəzərə alsaq, bu, turnirin ən vacib oyunu idi. Finala təyinat almadığıma görə məyusammı? Yox, fikrimcə, Almaniya – Fransa matçı yaxşıdır».

Ünlü referi almanların qapısına təyin etdiyi penaltidən də söz açıb: «Bu çox mürəkkəb və qəfil məqam idi. Düşünürəm ki, bu epizod adamların 99 faizinin diqqətini çəkməzdi. Ancaq xoşbəxtlikdən qərar vermək baxımından yaxşı mövqe seçmişdim. Yeni qaydalar hakimlərin işini asanlaşdırıb, oyuna baxanlar qərarlarımızı yaxşı anlayırlar».

XS
SM
MD
LG