Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:28

Rusiyanın yeganə atleti də olimpiadadan uzaqlaşdırıldı


Rusiyalı uzağa tullanan Darya Klishina
Rusiyalı uzağa tullanan Darya Klishina

Avqustun 13-də Yüngül Atletika Beynəlxalq Assosiasiyası rusiyalı uzağa tullanan Darya Klishina-nı Rio Olimpiada yarışından çıxarıb.

Darya Klishina bildirib ki, o, bu qərarın hansı səbəbdən verilməsini bilmir, çünki dəfələrlə «təmiz olduğunu» sübut edib.

Darya Klishina bu qərardan apelyasiya verib, İdman Arbitraj Məhkəməsinin qərarı avqustun 15-də məlum olacaq.

Buna da bax: Olimpia çempionunun atası: «Cahangir Əsgərova demişdilər ki, Nicat alkaşdır, atası da müxalifətçi»

Uzağa tullanma üzrə yarış avqustun 16-da başlayır.

Federasiya Klishina-na qoyulan qadağanın səbəbləri barədə açıqlama verməyib, ancaq idmançı özü güman edir ki, bu, Rusiyanın dopinq qalmaqalı ilə bağlıdır.

Buna da bax: Azərbaycanlı məşqçinin erməni tələbəsi Olimpiya çempionu oldu

Darya Klishina ABŞ-da məşq edib və Braziliyada keçirilən Yay Olimpiya Oyunlarına buraxılan yeganə yüngül atlet idi.

XS
SM
MD
LG