Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 21:27

'Umerov-u psixi xəstəxanadan buraxın'


Ilmi Umerov
Ilmi Umerov

Avropa Birliyi Rusiyanı Krım-tatar məclisinin təmsilçisi Ilmi Umerov-u ruhi və əsəb xəstəlikləri xəstəxanasından buraxmağı tələb edib.

Qurumun yaydığı bəyanatda deyilir ki, Umerov-un saxlanması beynəlxalq insan hüquqlarının kobud pozuntusudur.

Avqustun 26-da Ukrayna prezidenti Petro Poroshenko Rusiya hakimiyyətinin bu addımını «Stalin dövrü» ilə müqayisə edib.

Poroshenko beynəlxalq ictimaiyyəti siyasi məhbusun azadlığı üçün Rusiyaya təzyiq göstərməyə çağırıb.

59 yaşlı Umerov Krımın yeni hakimiyyəti tərəfindən separatizmdə günahlandırıb. Umerov televiziya verilişində deyib ki, Rusiyanı Krımdan və Donbasdan qovmaq lazımdır.

Umerov səhhətindəki problemlərə baxmayaraq, ruhi və əsəb xəstəlikləri xəstəxanasına yerləşdirilib.

Rusiya Krımı ilhaq edəndən sonra buranın sakinlərinə Rusiya vətəndaşlığı verib.

Ölkə Ukrayna böhranındakı roluna görə ABŞ və Qərbin iqtisadi və siyasi sanksiyaları ilə üzləşib.

XS
SM
MD
LG