Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 00:00

Kamal Abdullanın 'Bir, iki - bizimki'si Milli Teatrda


K.Abdulla
K.Abdulla

Akademik Milli Dram Teatrının kiçik səhnəsində yazıçı Kamal Abdullanın «Bir, iki – bizimki!» tamaşası təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşa mayın 19-da saat 15:00-da nümayiş olunacaq.

Tamaşanın quruluşçu rejissoru Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinin magistrantı Banu Quliyeva, yaradıcı iş rəhbəri Məleykə Məmmədovadır.

Tamaşada aktyorlar Vüsal XalıqoğluRada Nəsibova çıxış edəcəklər.

Əsər qadın və kişinin keçmişi, xatirələri üzərində qurulub. İkinəfərlik oyun onların əbədi rahatlıq tapmaq arzusunun təcəssümüdür.

Beş şəkildən ibarət əsəri Kamal Abdulla «bir-birini anlamaq istəyən və anlamayan, tapmaq istəyən və tapmayan iki nəfərin duyumlar dramı» şəklində təqdim edib.

Kamal Abdullanın «Bir, iki – bizimki!» pyesi «YUĞ» Teatrında da tamaşaya qoyulub.

Pyes 2003-cü ildə rus, ingilis, fransız, alman və ispan dillərinə çevrilib çap edilib.

XS
SM
MD
LG