Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 16:53

İstiqlal şairi Almas İldırımın 110 illiyinə oğlu da qatılıb


Azər Almas
Azər Almas

Mayın 31-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi Almas İldırımın anadan olmasının 110 illiyi qeyd edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, bu qurumun təşkilatçılığı ilə keçirilən gecədə nazirin birinci müavini Vaqif Əliyev şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışıb.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar şairin vətən həsrəti, yurd sevgisindən bəhs edən «Əsir Azərbaycanım» şeirinin dillər əzbərinə çevrildiyini vurğulayıb. O, şairin ən sevilən şeirlərindən söz açıb.

Şairin Türkiyədə yaşayan oğlu Azər Almas da yubiley gecəsinə qatılıb.

Tədbirdə Almas İldırımın şeirləri səsləndirilib, sözlərinə yazılan mahnılar oxunub.

XS
SM
MD
LG