Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 05:54

"Dağlıq Qarabağda vəziyyəti çox dəyişkən sayırıq”


Herbert Salber
Herbert Salber

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun səylərini dəstəklədiklərini bildirib.

Ötən həftə sonu Ermənistana səfər edən xüsusi nümayəndənin səfərin yekunları ilə bağlı açıqlamasını Avropa Birliyinin internet resursu yayıb.

“Avropa Birliyi artıq bir neçə ildir ki, əhəmiyyətli bir layihəni - “Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Avropa tərəfdaşlığı” ("The European Partnership for the Peaceful Settlement of the conflict over Nagorno Karabakh" ("EPNK") layihəsini maliyyələşdirir. Bu layihə münaqişənin tənzimlənməsini, sülhün əldə edilməsini hədəfləyib. Yaxın zamanlarda üçüncü mərhələsinə daxil olacaq bu layihə sayəsində münaqişə tərəflərinin vətəndaş cəmiyyəti təmsilçiləri arasında təmas və mübadilə yaratmağa çalışırıq”, - deyən Salber layihəyə Dağlıq Qarabağdan olan vətəndaş cəmiyyəti təmsilçilərinin də daxil edildiyini bildirib.

Xüsusi nümayəndə son zamanlar təmas xəttində müşahidə olunan gərginliyə də toxunub.

O, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyəti “çox dəyişkən” hesab edib.

“İyulun 4-də baş verən və mülki insanların itkilərinə səbəb olan son faciəli hadisələr qəbuledilməzdir. Zorakılıq dayandırılmalıdır. Bu, ciddi narahatlıq doğurur. Avropa Birliyi tərəfləri atəşkəs rejiminə ciddi şəkildə hörmət etməyə, təxribatlardan, qarşıdurma ritorikasından çəkinməyə çağırır”, -Salber deyib. Onun qənaətincə, tərəflər arasında qarşılıqlı etimad mühitinin yaradılmasına ehtiyac var.

Buna da bax: Bakı Rusiyaya cavab verdi

Herbert Salber ötən həftəsonu Ermənistana səfər edib. O, bu ölkənin prezidenti, xarici işlər naziri və digər rəsmiləri ilə görüşüb.

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin ofisi bildirir ki, o, iyulun sonunda Azərbaycana rəsmi səfər edəcək. Salberin yüksək rütbəli rəsmilərlə görüşəcəyi bildirilir.

XS
SM
MD
LG