Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:27

Səs sürətindən beş dəfə yüksək! Yeni təyyarə layihəsi


İllüstrasiya
İllüstrasiya

ABŞ-ın "Boeing" şirkətinin yeni ideyası reallaşarsa, təyyarə ilə səyahətlərin müddəti 85 faiz azala bilər.

futurism.com saytı yazır ki, söhbət səsdən 5 qat artıq sürətə malik hipersonik təyyarənin yaradılması planından gedir.

Bugünlərdə "Boeing" yeni konsepsiyasını Amerika Astronavtika İnstitutunda təqdim edib.

Əgər bu layihə reallaşarsa, məsələn, Nyu-Yorkla Tokio arasında indi 14 saat çəkən uçuşun müddəti cəmi bir neçə saata enə bilər.

Bəs "Boeing" belə yüksək sürətə necə nail olacaq? Şirkətin təmsilçiləri deyirlər ki, söhbət "ramjet" adlanan yeni mühərrikdən gedir.

Bundan başqa təyyarənin iti uclu gövdəsi da sürətin yüksək olmasına imkan verəcək.

Buna da bax: Astronavt Chris Hadfield: ‘Bu raketlər insanları Marsa apara bilməyəcək’

Şirkətin yaratdığı politsuz Boeing X-51 Waverider təyyarəsi artıq 2010-cu ildə səs sürətindən 5 qat artıq sürətlə uçuşa nail ola bilib.

X-51A Waverider
X-51A Waverider

Sözügedən sınaq uçuşunda Boeing X-51 həmin sürəti 210 saniyə saxlaya bilib.

Amma hipersonik təyyarələrin yaradılması qarşısında ən böyük problem heç də yüksək sürətə nail olunması deyil.

Problem odur ki, belə təyyarələrdə istifadə olunan texnologiyalar çox bahalıdır və onların bileti, sadəcə, "astronomik qiymətə" ola bilər.

Yəni biznes layihəsi kimi iflasa uğraya bilər.

Ən azı qarşıdakı 20-30 ildə belə bir təyyarənin əksər sərnişinlərin cibinə uyğun qiymətə biletlə işləməsini gözləmək əbəsdir.

2017-ci ildə ABŞ-ın başqa bir şirkəti - "Lockheed Martin" də SR-72 adlanan hipersonik döyüş təyyarəsi yaratmaq planını elan edib.

Amma həmin təyyarənin göyərtəsində insanın uçacağını da 2030-cu ildən tez gözləmək olmaz.

Bu ilin fevralında isə Çin hipersonik təyyarənin kiçikölçülü modelinin sınağını keçirib.

Həmin mode səs sürətindən 7 qat artıq sürətlə uçub. Amma onun da nə vaxt gerçəyə çevriləcəyi bilinmir. ​

Buna da bax: Təyyarələrdə Wi-Fi olacaq

XS
SM
MD
LG