Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 19:24

“Copy-paste” ixtiraçısı vəfat edib


Larry Tesler
Larry Tesler

Silikon vadisinin ilk ixtiraçılarından sayılan Larry Tesler 74 yaşında dünyasını dəyişib. Məlumatı onun karyerasının bir hissəsini keçirdiyi “Xerox” şirkəti yayıb.

Kompüter alimi olan Tesler çox geniş istifadə olunan “kəs, kopyala və yapışdır” (cut, copy, paste) komandasının ixtiraçısıdır.

Lawrence "Larry" Tesler-in ölümünü də Twitter-də elə “Xerox” açıqlayıb.

“Sizin iş gününüz onun inqilabi ideyaları hesabına daha rahat keçir. Larry bazar ertəsi dünyasını dəyişib, gəlin, onu birlikdə yad edək”, – şirkət bildirib.

Stenford Universitetinin məzunu olmuş Tesler Amazon, Apple, YahooXerox şirkətlətində çalışıb.

“Kəs və yapışdır” komandasının icadının köhnə dəb redaktə metodundan qaynaqlandığı iddia olunur, axı, nə vaxtsa çap olunmuş mətnin müəyyən hissələrini kəsərək yapışqanla başqa yerə yapışdırırdılar.

Bu komandanı Apple şirkəti daha da populyarlaşdırdı, 1983-cü ildə “Lisa” kompüterinə, növbəti ilsə orijinal Macintosh-a saldı.

Tesler 1980-ci ildə Apple üçün işləyirdi, onu şirkətin həmtəsisçisi Steve Jobs Xerox-dan cəlb etmişdi.

Tesler Apple şirkətində 17 il işləyir, baş elmi əməkdaş vəzifəsinə yüksəlir. O, daha sonra təhsil startapı qurub, Amazon və Yahoo-da təcrübə keçib.

XS
SM
MD
LG