Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 12:51

Bolqarıstan Rusiyaya işləyən casus qrupunu ifşa etdiyini deyir


Bolqarıstan baş prokurorluğunun sözüsü Siika Mileva mətbuat konfransında
Bolqarıstan baş prokurorluğunun sözüsü Siika Mileva mətbuat konfransında

Bolqarıstan bildirir ki, məxfi informasiyaları Rusyaya ötürməkdə şübhəli bilinən 6 nəfər saxlanıb və onlara qarşı ittiham irəli sürülüb.

Bolqarıstan Baş Prokurorluğunun sözçüsü Siika Mileva martin 19-da deyib ki, şübhəlilər “Müdafiə Nazirliyi Hərbi Kəşfiyyat Xidmətinin keçmiş vəzifəli rəsmisinin” rəhbərlik etdiyi casus qrupunun üzvləridirlər.

Onların Bolqarıstan, NATO və Avropa İttifaqı ilə bağlı məxfi informasiyalara çıxışı olan bolqar rəsmilərini ələ aldıqları bildirilir.

Casusun arvadı

Mileva deyib ki, sözü gedən keçmiş kəşfiyyat rəsmisinin arvadının ikili – Rusiya-Bolqarıstan vətəndaşlığı var.

Sözçü bildirib ki, bu qadın keçmiş kəşfiyyatçı və Rusiya səfirliyinin əməkdaşı arasında vasitəçi rolunu oynayıb.

Xanım Mileva vurğulayıb ki, belə bir casus manqasının faş edilməsi Bolqarıstan tarixində ilk hadisədir.

Bolqarıstan Xarici İşlər Nazirliyi Rusiyaya işləyən daha bir casus qrupunun ifşa edilməsini alqışlayıb.

Bu hadisə barədə Rusiya rəsmiləri hələki şərh verməyiblər.

Aİ, NATO və ABŞ-ın təhlükəsizliyi naminə

Ötən bir neçə il ərzində Sofiya və Moskva arasında bir sıra casus qalmaqalları baş verib.

Avropa İttifaqı və NATO-nun üzvü olan Bolqarıstan 2019-cu ilin oktyabrından bəri Rusiya səfirliyinin 5 diplomatını və əməkdaşını ölkədən qovub.

Baş prokuror İvan Geşev deyib ki, sonuncu ifşa Bolqarıstanın, Avropa İttifaqının, NATO-nun və Birləşmiş Ştatların təhlükəsizliyi üçün xüsusi əhəmiyyət daşıyır.

Müdafiə Nazirliyi bildirir ki, saxlananlardan ikisi Bolqarıstan silahlı qüvvələrinin rəsmiləridir.

Hərbi prokuror Elin Aleksov deyib ki, sözü gedən casus qrupu artıq bir neçə il idi ki, fəaliyyət göstərirmiş.

XS
SM
MD
LG